YOSUNLU ANTİSELLÜLİT BƏDƏN MASKASI
Yosun ekstraktlı antisellülit bədən maskası fitokompleks və efir yağları ilə birləşərək maddələr mübadiləsi prosesini aktivləşdirir, toxumalardan artıq mayenin çıxarılmasını təmin edir, yağların parçalanmasını stimullaşdırır, dərinin elastikliyini möhkəmləndirir və bərpa edir. Mikrosirkulyasiyanı gücləndirir, regenerasiya prosesini stimullaşdırır, bədəndəki yağların azaldılmasını təmin edir. Dərini daha elastik və hamar edir, sellülitin yaranmasının qarşısını alır. Bütün dəri növlərinə uyğundur.
...Üzüm Toxumu Yağı, Kokos Yağı, Qarğıdalı Yağı, Meyvə Turşuları (Qlikol, Süd, Limon, Şərab, Alma), Kofein, L-Karnitin, Kamfora, A, E və F Vitaminləri, Portağalın Efir Yağı, Rozmarinin Efir Yağı, Yosun Ekstraktı, Çili Ekstraktı
37°C-yə qədər qızdırılmış maskanı sinə və baş nahiyəsi istisna olmaqla bərabər nazik qat şəklində bədəninizə çəkin. Əvvəlcədən soyudulmuş maskanı hər iki ayağınıza çəkin. Birdəfəlik streç-plyonka ilə 20-30 dəqiqəlik müddətə sarın. Daha sonra ilıq su ilə yuyun. Gözlə təmasdan çəkinin.