Stokda yoxdur

NƏMLƏNDİRİCİ VƏ QİDALANDIRICI ŞOKOLADLI BƏDƏN MASKASI

BM-010/1

Şokoladlı bədən maskası dərini effektiv şəkildə nəmləndirir, nəm səviyyəsini sabit saxlayır, dərinin solmasının qarşısını alaraq maddələr mübadiləsini stimullaşdırır. Yüngül teksturalı ətirli maska dərinin elastikliyini artırır, onu intensiv olaraq qidalandırır və vitaminlərlə təmin edir, eyni zamanda ətraf mühitin təsirindən və stresdən qoruyur. Vasitə sərbəst radikalların aktivliyi ilə mübarizə aparır, dəri örtüyünün regenerasiyasını yaxşılaşdırır və kollagen emalını sürətləndirir. Şokoladlı maska dərinin transformasiyası kimi aşkar təsirlərə malik olmaqla yanaşı həm də əsl antidepressantdır. Maskanın ətri və aktiv inqrediyentləri emosional vəziyyəti yaxşılaşdırır, unudulmaz həzz bəxş edir. Bütün dəri növlərinə uyğundur.

...

Kakao Yağı, Şaftalı Toxumu Yağı, Karbamid, Fruktoza, A, E və F Vitaminləri

37°C-yə qədər qızdırılmış maskanı sinə və baş nahiyəsi istisna olmaqla bərabər nazik qat şəklində bədəninizə çəkin. Əvvəlcədən soyudulmuş maskanı hər iki ayağınıza çəkin. Birdəfəlik streç-plyonka ilə 20-30 dəqiqəlik müddətə sarın. Daha sonra ilıq su ilə yuyun. Gözlə təmasdan çəkinin!