Üz və bədən dərisinə qulluqda ən çətin tapşırıqların belə öhdəsindən gəlməyə qadir peşəkar kosmetika brendi Gazelli Expert dünyasına xoş gəlmisiniz!
Gazelli Expert kosmetologiya və tibb sahəsində qabaqcıl elmi-tədqiqat nəticələrinin və 25 illik təcrübənin qovuşduğu məkan olan Gazelli Group şirkətinin parfümeriya-kosmetika laboratoriyasının ixtisaslaşdırılmış elmi-tədqiqat mütəxəssislərinin çoxillik tədqiqatlarının nəticəsidir. Üz və bədən dərisinə qulluq üçün peşəkar vasitələrimizin əsas fərqi onların yalnız müvəqqəti vizual effekt üçün deyil, həm də innovativ texnologiyalar vasitəsilə estetik problemlərin müalicəsi, həlli və onların gələcəkdə yaranmasının profilaktikası üçün nəzərdə tutulmuş olmasıdır.
Alim və mütəxəssis komandamız yorulmadan Azərbaycan torpaqlarının zəngin olduğu təbii inqrediyentlərin məhsullarımızın mürəkkəb tərkibinə inteqrasiyası üzərində çalışır. Bu unikal inqrediyentlər formulları zənginləşdirir, təkrarsız xüsusiyyətlər qazandırır, effektivliyini artırır. Kosmetik məhsullarımız dəriyə qulluqla bağlı ən çətin tapşırıqların belə öhdəsindən gəlməyə qadirdir.
Müxtəlif estetik problemlərin həlli üçün peşəkar kosmetoloqlara geniş spektrdə məhsul təqdim etmək üçün səylə çalışırıq. Müxtəlif seriyadan vasitələrin seçilməsində əlverişliliyin olması hər bir insanın dəri tələbatına uyğunlaşan individual həll yaratmağa imkan verir.
Gazelli Expert məhsullarını yaradaraq qarşımıza iddialı məqsəd qoyduq: çatışmazlıqları örtməmək, onların yaranmasının qarşısını almaq. Missiyamız gəncliyi və gözəlliyi qorumaqda, sağlam, baxımlı və xoşbəxt olmaqda hər kəsə kömək etməkdir. Əminik ki, hər bir Gazelli Expert məhsulu sadəcə dərinizin vəziyyətini dəyişməyəcək, həm də sizə təkrarsız qulluq və gündəlik dəbdəbə hissi bəxş edəcək.
GAZELLI EXPERT brendinin yaranması birbaşa GAZELLI GROUP-un təsisçisi və prezidenti, 25 ildir fəal şəkildə unikal gözəllik və sağlamlıq məhsulları yaradan böyük holdinqin qurucusu doktor Zərifə Həmzəyeva ilə bağlıdır.
Xroniki xəstəliklərin erkən simptomları və profilaktikası üzrə araşdırmalara yönələn elmi-tədqiqat işləri ilə uzun müddət məşğul olduqdan sonra sübut olunmuşdur ki, onların bir çoxunun inkişafında həm xarici, həm də daxili irsi amillər rol oynayır. Dissertasiya işinin müvəffəqiyyətlə müdafiəsindən sonra ölkədə xroniki xəstəliklərin erkən diaqnostikası və müalicəsinə yönələn ilk tibbi-genetik konsultasiyaya rəhbərlik etməyə başlayıb. Müasir kosmetologiya bir çox tibbi ixtisasla kəsişmə nöqtəsindədir, belə ki, dəridəki istənilən çatışmazlıq bir sıra amillərlə yanaşı genetik amillərdən də qaynaqlanır.
Buna görə, məhz kosmetika ilə məşğul olmağa başlayarkən qarşıda duran birinci vəzifə xarici çatışmazlıqları örtən dekorativ kosmetik vasitələrin istehsalı deyil, kompleks inteqrativ yanaşmanın tətbiqi, qadınlara yaşlanma ilə bağlı xəbərdarlıq edən, onu gecikdirən, uzun illər gənc, baxımlı, sağlam, gözəl və xoşbəxt qalmağa kömək edən kosmetik vasitələrin yaradılması idi.
Gazelli fəlsəfəsi mənəvi və fiziki vəhdətin tərənnümüdür. Özünəməxsusluğu və zəngin mədəniyyəti ilə zərif Şərq fəlsəfəsi gözəlliyi şəxsiyyətin ahəngdar inkişafı ilə əlaqələndirir. Yüksək keyfiyyət, səmimi qayğı, diqqət, individual yanaşma, nəzakət, insanın özü ilə harmoniyasının əldə edilməsi — Gazelli məhz bunu təklif edir.
1999-cu ildə 17 nəfərlik işçi heyəti ilə istehsala başlayan GAZELLI GROUP illər ərzində özündə yalnız parfümeriya-kosmetika istehsalını deyil, həmçinin laboratoriyalar şəbəkəsini, gözəllik və sağlamlıq mərkəzlərini, o cümlədən incəsənət qalereyasını birləşdirən beynəlxalq holdinqə çevrilib.
Dinamik inkişaf edən müasir dünyada elmi cəhətdən sübut olunmuş məlumatlara və kliniki tədqiqatlara söykənməyən kosmetika brendinin nailiyyətlərinə etibar etmək mümkün deyil. GAZELLI GROUP şirkəti daim inkişaf edir, elmin son nailiyyətlərini izləyir, yeni texnologiyalar tətbiq edir və məhsullarının tərkiblərini təkmilləşdirir.
Aktivləri sırasında 18 patentə malik GAZELLI EXPERT brendinin yaradılması üçün məhsulların unikallığını və insan orqanizminə effektiv təsirini şərtləndirən Azərbaycanın təbii müalicəvi inqrediyentləri və bitkilərinin istifadəsinə üstünlük verilir.
Azərbaycanın iqlim şərtləri (təsəvvür edin, ölkəmiz dünyanın 11 iqlim tipinin 9-unu öz ərazisində birləşdirir), o cümlədən səxavətli təbiətinin zənginliyi bizi çox dəyərli təbii amillərlə təmin edib. Bu müxtəliflik uzun illərdir ki, tibbi sahədə müvəffəqiyyətlə tətbiq edilir, buna görə, şirkətin naftalan (dünyada yeganə naftalan yatağı Azərbaycanda yerləşir!) kimi təbii resursa, 4500-dən çox flora növünə, o cümlədən ölkəmizdə yetişən 600 endemik bitki növünə, vulkanik gilə (dünyanın heç yerində palçıq vulkanlarının sayı Azərbaycanda olduğu qədər deyil), çoxsaylı müalicəvi mineral bulaqlara (İstisu, Darıdağ, Sirab, Badamlı və s.), Xəzər dənizinin bəxş etdiyi zənginliklərə marağının olması olduqca təbiidir. Öz torpaqlarımızda dünyanın bütün kosmetika istehsalçılarının axtardığı aktiv inqrediyentlərə sahibik. Bu, bizim üçün böyük üstünlükdür!
GAZELLI GROUP ilk dəfə Naftalan yağı ekstraktını (Gazelli White Oil™ (GWO)) ayırmış, beynəlxalq INCI sisteminə daxil etmiş və kosmetologiya sahəsində tətbiq etmişdir.
Şirkətdə istehsal edilən məhsulların üstünlüyü həm də akkreditə olunmuş, əməkdaşlarının daim yeni birləşmələr və aktiv inqrediyentlər axtarışında olduğu, lakin bununla yanaşı istehsalın təhlükəsizliyinə maksimum diqqət ayırdığı elmi-tədqiqat laboratoriyalarında hazırlanan, o cümlədən yüksək miqdarda nadir aktiv inqrediyentlərə malik eksklüziv komplekslər, patentləşdirilmiş tərkiblər ehtiva edən, effektivliyinə daim nəzarət edilən, dermatoloqların nəzarəti ilə klinik sınaqlardan keçən formulların unikallığı ilə bağlıdır.
Peşəkar kosmetika istehsalı yeni elmi-tədqiqat məlumatlarına, son bazar tendensiyalarına və müştərilərin ehtiyaclarına sürətli reaksiya tələb edən dinamik prosesdir. Şirkət öz istehsal prosesinin effektivliyinə xüsusi diqqət ayırır və onun təhlükəsizliyinə nəzarət edir. Demək olar ki, əsrin dörddə birini əhatə edən dövr ərzində GAZELLI EXPERT məhsullarının istehsalı prosesi özündə uğurun bütün elementlərini birləşdirir: müasir texnologiya, yüksəkixtisaslı mütəxəssis heyəti, ən mühüm elmi-tədqiqat nəticələri və ekoloji cəhətdən təmiz xammal.
Bu gün GAZELLI GROUP 12 000 kv. m sahəni əhatə edən, ildə 1 milyon yüksəkkeyfiyyətli məhsul istehsalına imkan verən yeni avadanlıqlarla təchiz edilmiş fabrikdir. İstehsalın yüksək keyfiyyəti ən nüfuzlu beynəlxalq standart ISO 22716 — GMP sertifikatı ilə təsdiqlənmişdir. Bu sertifikatın sahibləri yalnız kosmetika istehsalı, qida və əczaçılıq sənayesi sahəsində lider olan müəssisələrdir. İstehsal etdiyimiz məhsulların keyfiyyəti Belçikada Beynəlxalq Sertifikasiya Mərkəzi tərəfindən verilən Avropa keyfiyyət standartları, o cümlədən müəssisənin daim yüksəkkeyfiyyətli, ətraf mühitə minimum zərərli təsir göstərən məhsul istehsalı qabiliyyətinə malik olduğunu bildirən ISO 9001, ISO 14001 və ISO 45001 standartları ilə təsdiqlənmişdir.
«Öz görünüşündə özünü rahat hiss edən qadın, gözəl qadındır. Qadın üçün ən əsası öz təbii gözəlliyini qiymətləndirmək və qəbul etməkdir. Təbiətin bəxş etdiyi hər şey sizə məxsusdur! Lakin o bəxş edilənlərin nə qədər gözəlləşəcəyi sizdən asılıdır. Tərbiyənizdən, davranışınızdan və ruhunuzdan... Özünüzü sevin və tərbiyə edin — məhz o zaman gözəl olacaqsınız! Gazelli isə həyatınıza gözəllik əlavə edəcək»
ZƏRİFƏ HƏMZƏYEVA
Gazelli Group Prezidenti