Stokda yoxdur
Stokda yoxdur
Stokda yoxdur

MULTİFUNKSİONAL YERLİ NAFTOVIT™ MASKASI

BM-030/1

Təmizlənmiş təbii Naftalan yağının, vitaminlərin, bitki ekstraktlarının və  efir  yağlarının  yüksək  aktivliyə  malik  patentləşdirilmiş NAFTOVIT™ kompleksində vəhdət təşkil edən reaksiyası regenerasiyaedici, antioksidant, stimullaşdırıcı, iltihabəleyhinə, damargenişləndirici və ağrıkəsici təsir göstərir. Maska maddələr mübadiləsini və qan dövranını yaxşılaşdırır, hüceyrələri ətraf mühitin zərərli təsirlərindən qoruyur. Təmizlənmiş naftalan yağının tərkibində əsas təsiredici maddə (naften karbohidrogenləri) 50-60% təşkil edir. Müalicəvi-profilaktik SPA proqramlarında və fizioterapevtik prosedurlarda 37-40°С-yə qədər qızdırılaraq istifadə edilməsi tövsiyə olunur. Bütün dəri növləri üçün uyğundur.

...

NAFTOVIT™ Kompleksi, E və F Vitaminləri, Ətirşah Yağı, Qızılgül Yağı, Evkaliptin Efir Yağı, Nanənin Yarpaqlarının Ekstraktı

Maskanı su vannasında 50°С-yə qədər qızdırın, zədələnmiş nahiyəyə çəkin və istiliyin saxlanması üçün örtün. Prosedur 20-30 dəqiqə davam edir. ÇƏKİLMƏ QAYDASI: maska fırça vasitəsilə dəriyə nazik qat şəklində çəkilir. Maskanın tətbiq edildiyi nahiyə lampa və ya infraqırmızı şüalandırıcı vasitəsilə şüalandırılır. Təsir müddəti 15-20 dəqiqədir. ULTRAFONOFOREZ: maskanı dərinin zədələnmiş nahiyələrinə tətbiq edin. Ultrasəs intensivliyi 0,4-0,6 vt/sm2 aralığında olmalıdır. Prosedurun ümumi müddəti 12-15 dəqiqədir. Prosedur bitdikdən sonra maskanı yuyun. Gözlə təmasdan çəkinin!