ŞƏFA MASKASI SWON 40™
Əfsanəvi Naftalan yağından əldə edilən patentləşdirilmiş və eksklüziv Gazelli White Oil™ (GWO) komponenti əsasında hazırlanan maska dərinin özünümüdafiə xüsusiyyətini bərpa edir və gücləndirir, desensibilyasiyaedici, antihistamin və ağrıkəsici təsir göstərir. Maskanın bədənin müxtəlif nahiyələrinə yerli tətbiqi maddələr mübadiləsinin aktivliyini artırır, iltihab proseslərinin sorulmasına kömək edir, yaraların sağalmasını sürətləndirir, antibakterial, yerli anesteziya və göynəməəleyhinə təsir göstərir.
...Naftalan yağı ekstraktı (GWO)
Maskanı su vannasında 50°С-yə qədər qızdırın, zədələnmiş nahiyəyə çəkin və istiliyin saxlanması üçün örtün. Prosedur 20-30 dəqiqə davam edir. ÇƏKİLMƏ QAYDASI: Maska fırça vasitəsilə dəriyə nazik qat şəklində çəkilir. Maskanın tətbiq edildiyi nahiyə lampa və ya infraqırmızı şüalandırıcı vasitəsilə şüalandırılır. Təsir müddəti 15-20 dəqiqədir. Prosedur bitdikdən sonra maskanı yuyun. Gözlə təmasdan çəkinin!