YAŞLANMAƏLEYHİNƏ AKTİV KREM
Yağlı struktura malik qatı krem yaşlanmanın estetik çatışmazlıqları ilə mübarizə aparır – qırışların dərinliyini azaldır, kollagen sintezini stimullaşdırır, yaş piqmentlərinin qarşısını alır və dərinin yaşlanmadan qaynaqlanan sallanmasını gecikdirir. Krem bazal qat hüceyrələrinin bölünməsini aktivləşdirərək buynuz qatında korneositlərin birləşməsini zəiflədir, o cümlədən dərinin fibroblastlarına təsir edərək qlikozaminoqlikanların və kollagenlərin sintezini yaxşılaşdırır. Təbii ekstraktlar dəridə qan dövranını və oksigen təminatını yaxşılaşdırır, ani dartma təsiri göstərir, epidermisin zədələnmiş hissələrini regenerasiya edir və dərinin təbii, sağlam görünüşünü geri qaytarır. Quru, qocalmış dəri üçün tövsiyə olunur.
...C Vitamini, E Vitamini, F Vitamini, Meyvə Turşuları, Arginin, Seramid 3, Elastin Hidrolizat, İtburnu Ekstraktı, Zəncəfil Ekstraktı, Zəfəran Ekstraktı
Yüngül masaj hərəkətləri ilə üz, boyun və dekolte nahiyəsinə çəkin. Gözlə təmasdan çəkinin!