KAMFORA KREM
Kamfora yağı əsasında hazırlanan xüsusi krem yağlı və problemli dəriyə qulluq üçün nəzərdə tutulub. Güclü antibakterial təsirə malik olaraq, vasitə iltihabdan və sızanaqlardan azad edir, onların yenidən yaranmasının qarşısını alır. Eritema əleyhinə güclü inqrediyentlər dəri epitelinin bərpasını sürətləndirir, genişlənmiş məsamələri daraldır, piy vəzilərinin fəaliyyətini normallaşdırır, dərini yumşaldır və ölü hüceyrələrin soyulmasını tezləşdirir. Krem yüngül yerli qıcıqlandırıcı təsiri sayəsində toxumalarda qan dövranını gücləndirir. Bundan əlavə, vasitə hidrolipid təbəqəsini balanslaşdırmağa kömək edir, yağlı parıltını aradan qaldırır, dəriyə matlıq və təmizlik hissi bəxş edir.
...Sink Oksidi, Kamfora, Manukanın Efir Yağı, Çay Ağacının Efir Yağı, Darçın Ekstraktı, Kəklikotu Ekstraktı
Gözətrafı nahiyə nahiyə istisna olmaqla incə masaj hərəkəti ilə üz, boyun və dekolte dərisinə çəkin. Gözlə təmasdan çəkinin!