GÖZƏTRAFI DƏRİ ÜÇÜN YAŞLANMAƏLEYHİNƏ MASAJ KREMİ
Zərif gözətrafı dəri üçün masaj kremi. Krem dermada hüceyrədənkənar matriksin bərpası üçün fibroblastların böyüməsini stimullaşdırır, bu isə kollagen, elastin, fibronektin və qlükozaminoqlikanların sintezi ilə nəticələnir. Güclü aktiv komponentlər hüceyrə membranlarını stabilləşdirir, kollagen liflərinin qlükoza metabolitləri ilə zədələnməsi prosesinin qarşısını alır, dərini mükəmməl şəkildə qidalandıraraq və vitaminlərlə təmin edərək gözətrafı nahiyənin tonusunu gücləndirir. Bütün dəri növlərinə uyğundur.
...Hialuron Turşusu, Şi Yağı, Kokos Yağı, Jojoba Yağı, DMAE, Lipoik Turşusu, C Vitamini, Sodium PCA, Matrixyl 3000, Argireline, SYN – AKE, A və E Vitaminləri, Kollagen Hidrolizat
Az miqdarda kremi aşağı orbital nahiyə üzrə gözlərin daxili künclərindən kənara doğru təkrar-təkrar hamarlayıcı hərəkətlərlə çəkin. Qaş xətlərinin aşağısı ilə yuxarı orbital nahiyədə də eyni hərəkətləri təkrarlayın. Liftinq effekti üçün proseduru gicgahlardan yuxarıya doğru hərəkətlərlə bitirin. Gözlə təmasdan çəkinin!