VANNA ÜÇÜN RAHATLANDIRICI QARIŞIQ
Mumşəkilli konsentratın tərkibinə daxil olan efir yağları əzələ və oynaqlarda maddələr mübadiləsi prosesini stimullaşdırır, əzələ gərginliyi halında əzələlərin rahatlanmasını təmin edir, eləcə də iltihab xarakterli problemləri azaldır. Dayaq-hərəkət sistemi xəstəliklərində müsbət təsir göstərir.
...Mentol, Kamfora, Evkaliptin Efir Yağı, Darçının Efir Yağı, Mixəyin Efir Yağı, Nanənin Efir Yağı
Vannanı 35-37°C temperaturlu isti su ilə doldurun, sonra isə əvvəlcədən ayrıca qabda həll edilmiş 30 ml həcmində konsentratı ona əlavə edin (ümumi həcm 150-200 l). Gözlə təmasdan çəkinin!