VANNA ÜÇÜN SWON 40™ MÜALİCƏVİ QARIŞIQ
Patent əldə etmiş əfsanəvi Gazelli White Oil™ (GWO) Naftalan yağı əsasında hazırlanan mumabənzər kompleksin qabaqcıl texnologiyası və formulu onun suda tamamilə həll olmasına imkan verir, onu vanna qəbulu zamanı eləcə də bədənin müxtəlif nahiyələrində tətbiq etməklə yerli istifadə üçün əvəzedilməz vasitəyə çevirir. SWON 40™ ağrıkəsici, bərpaedici, iltihabəleyhinə, qıcıqlanmaəleyhinə təsir göstərir. Vanna qəbulu zamanı kompleksin aktiv maddələri dəriyə asanlıqla nüfuz edir və müalicəvi təsiri ilə ənənəvi naftalan vannalarından heç nə ilə fərqlənmir.
...Naftalan Yağı Ekstraktı (GWO)
Vannanı 35-37°C temperaturlu ilıq su ilə doldurun, sonra isə əvvəlcədən həll edilmiş 50 ml həcmində konsentratı vannaya əlavə edin (ümumi həcmi 150-200 l). Gözlə təmasdan çəkinin!