Stokda yoxdur
Stokda yoxdur
Stokda yoxdur

PARLAQ PİLİNQ

FP-032/0.25

Parlaq pilinq dərinin transformasiyası və cavanlaşdırılması ilə bağlı sürətli nəticələrin əldə edilməsi üçün nəzərdə tutulmuşdur. Dəri strukturunu effektiv korreksiya edir: buynuz qatını ölü və piqmentli dəri hüceyrələrindən təmizləyir, piy vəzilərinin fəaliyyətini normallaşdırır və qırışların azaldılmasını təmin edir. Vasitə dəri rənginin bərabərləşməsini və açılmasını təmin edir, hüceyrələrin yenilənməsini və yeni hüceyrələrin yaranmasını stimullaşdırır. Dərinin cərrahi müdaxilə olmadan cavanlaşdırılması, kosmetik qüsurların korreksiyası və dəri xəstəliklərindən sonra estetik reabilitasiya.

...

Qlikol Turşusu (40%), Limon Və Süd Turşusu (10%), Qlükonolakton

Pilinqi əvvəlcədən təmizlənmiş (Pilinqöncəsi losyon (FP-031)) üz dərisinə çəkin. Dərini yüngül masaj edin. Dərinin həddən artıq sürtünməsinə yol verməyin. İlk tətbiq 3-4 dəqiqədən çox olmamalıdr, neytrallaşdırıcı vasitənin (Pilinqsonrası məhlul (FP- 033)) köməyi ilə neytrallaşmanı təmin edin, yaxşıca yuyun və daha sonra sakitləşdirici maska tətbiq edin. Sonrakı prosedurlarda tətbiq müddətini 1 dəqiqədən çox olmayaraq artırmaq olar. Maksimum müddət — 8 dəqiqə (aydın qızartı və yanma hissi yoxdursa). Əsas kurs 2 həftəlik intervalla 3-4 prosedurdan ibarətdir və ildə 1-2 dəfə keçirilir. Prosedurlardan sonra 2 gün ərzində günəş şüalarının təsirindən uzaq olmaq və 50 faktorlu günəşdən müdafiə kremindən istifadə etmək lazımdır. 
 

ƏKS-GÖSTƏRİŞLƏR
Fərdi həssaslıq, dəri örtüyünün bütövlüyünün pozulması, dəridə aktiv iltihab prosesi, aktiv mərhələdə herpes, ağır somatik xəstəliklər, yaz-yay aylarında Fitzpatrik IV-V dəri tipləri üçün diqqətli istifadə, hamiləlik, laktasiya, günəş altında uzunmüddətli vaxt keçirmək. Gözlə təmasdan çəkinin.