BIOMINERAL™ REGENERASİYAEDİCİ ÜZ SKRABI
Darıdağ müalicəvi termal bulağının mineral duzları əsasında hazırlanan patentləşdirilmiş BIOMINERAL™ inqrediyenti ilə skrab dərini ehmalca təmizləyir, iltihabəleyhinə, canlandırıcı və detoks təsiri göstərir. Duz mineralları dərini regenerasiya edir, mikroelementlərlə təmin edir, epidermisin hüceyrələrinin yenilənməsini stimullaşdırır. Skrab epidermal mantiyanın mikroçatlarını ideal şəkildə sağaldır, tətbiq edildiyi nahiyədə mikrosirkulyasiyanı yaxşılaşdırır, dəri səthində kapilyarların ortaya çıxmasını nəzərəçarpacaq dərəcədə azaldır.
...BIOMINERAL™ Kompleksi, Qızılgül Ekstraktı, Kokos Yağı
Skrabı təmizlənmiş və nəmləndirilmiş dəriyə tətbiq edin. Gözətrafı nahiyə istisna olmaqla təxminən iki dəqiqə ərzində üzü barmaq ucları ilə masaj edin. Masajdan sonra skrabı bir neçə dəqiqə saxlayın və ilıq su ilə yuyun. Gözlə təmasdan çəkinin!