CAVANLAŞDIRICI SKRAB
Təbii yağlarla zəngin unikal Naftalan yağı əsasında hazırlanmış ENTERA™ aktiv kompleksi sayəsində yüksəkeffektli eksfoliant tərkibi kollagen sintezini təmin edərək epidermisin ölü, qurumuş qatını ehmalca soyur. Skrab dərin qatlarda yerləşən hüceyrələrin yenilənməsi prosesini stimullaşdırır, bununla da kiçik qırışları hamarlaşdırır və piqment ləkələrinin rəngini açır. Vasitə antibakterial, iltihabəleyhinə və nəmləndirici təsirə malikdir, mikroçatları sağaldır, dərinin keçiriciliyini artırır, təbii parlaqlığını və bərabər rəngini bərpa edir.
...ENTERA™ Kompleksi, Düyü Tozu, Üzüm Toxumu Yağı, Nar Qabığı Ekstraktı, Ağ Tut Ekstraktı, Meyvə Turşuları
Skrabı təmizlənmiş və nəmləndirilmiş dəriyə tətbiq edin. Gözətrafı nahiyədən qaçınaraq üzünüzü təxminən iki dəqiqə ərzində barmaq ucları ilə masaj edin. Masajdan sonra skrabı bir neçə dəqiqə saxlayın və ilıq su ilə yuyun. Gözlə təmasdan çəkinin!