SIZANAQƏLEYHİNƏ ZƏRDAB
Üz dərisində iltihabəleyhinə mübarizə üçün nəzərdə tutulmuş serum məsamələrin tutulmasının və komedonların yaranmasının qarşısını alır, dəri yağının emalını normallaşdırır, iltihabın sürətlə sağalmasını təmin edir, antibakterial təsir göstərir, məsamələri yığır. Qidalandırıcı komponentlər dərini canlandırır, yumşaldır və nəmləndirir, təbii müdafiə səviyyəsini bərpa edir. Meyvə turşuları kompleksi mübadilə proseslərinin başlamasını, hüceyrə səviyyəsində dərinin regenerasiyasını stimullaşdırır, piqmentləşmə ilə mübarizə aparır, dərinin relyefini bərpa edir, çapıqların əmələ gəlməsinin qarşısını alır. Problemli, iltihabameyilli dəri üçün tövsiyə olunur, yetkinlik dövrü və yaşla bağlı sızanaqlar zamanı istifadə üçün uyğundur.
...Salisil Turşusu, Allantoin, Üzvi Kükürd, Pantenol, E və A Vitaminləri, Meyvə Turşuları (Qlikol, Süd, Limon, Üzüm, Alma), Çay Ağacının Efir Yağı, Manukanın Efir Yağı
Göz nahiyəsi istisna olmaqla, təmizlənmiş üzdə problemli nahiyəyə və ya zədələnmiş hissəyə yerli olaraq tətbiq edin. Sərbəst şəkildə və ya digər iltihabəleyhinə preparatlarla birlikdə istifadə edilə bilər. Gözlə təmasdan çəkinin!