GWO-TƏRKİBLİ EKSTRACAVANLAŞDIRICI ZƏRDAB
Əfsanəvi Naftalan yağından əldə edilən patentləşdirilmiş və eksklüziv Gazelli White Oil™ (GWO) komponenti əsasında hazırlanan, qocalma prosesini yavaşlatmaq və solğun dərinin strukturunu bərpa etmək üçün yüksəkeffektli zərdab. Məhsul dərini cavanlaşdırır, ona parlaq görünüş verir, dərinin sıxlığını bərpa edir, möhkəmliyini və elastikliyini artırır, qırışların hamarlanmasını təmin edir. Zərdab intensiv şəkildə nəmləndidir, quruluq və qabıqvermənin qarşısını alır. Tez zamanda nəzərəçarpan və uzunmüddətli təsir göstərir, immuniteti dəstəkləyir və dərinin qoruma funksiyalarını gücləndirir. Yaşlanmış və yorğun dərilərə tövsiyə olunur.
...Naftalan Yağı Ekstraktı (GWO), Nar Ekstraktı, Lipoik Turşusu, DMAE, Natrium Hialuronat, Amin Turşuları, Peptidlər
Təmizlənmiş dəriyə az miqdarda zərdab çəkin və gözətrafı nahiyə də daxil olmaqla, yüngül hərəkətlərlə bütün üzünüzə yayın. Gözlə təmasdan çəkinin!