BƏDƏN ÜÇÜN DƏNİZ YOSUNLU ANTİSELLÜLİT MASAJ KREMİ
Xüsusi antisellülit masajı kremi. Dərialtı yağ toxumalarının durğunluq prosesinin aradan qaldırılmasına kömək edir və yeni yağ qalıqlarının əmələ gəlməsinin qarşısını alır. Kremin antisellülit kompleksi masaj zamanı dərin dəri qatlarında qan dövranını yaxşılaşdırır, intensiv drenaj təmin edir, problemli nahiyələrdən su qalıqlarını təmizləyərək dərini bərabərləşdirir və hamarlaşdırır. Bütün dəri növlərinə uyğundur.
...Kofein, L-Karnitin, Kokos Yağı, E Vitamini, Portağalın Efir Yağı, Həmişəyaşıl Sərv Ağacının Efir Yağı, Berqamotun Efir Yağı, Darçının Efir Yağı, Yosun Ekstraktı, Çili Ekstraktı, Yaşıl Çay Ekstraktı
Kremi təmiz və quru dəriyə çəkin. Vasitə dəriyə tam hopdurulana qədər masaj edin. Sarıma və skrabdan sonra yekun vasitə kimi istifadə edilə bilər. Gözlə təmasdan çəkinin!